Bu tarixdə Ağalıya daha 20 ailə köçürülür

 

Zəngilan rayonunun Ağalı kəndinə ailələrin köçürülməsi prosesi davam edir.

Globalinfo.az xəbər verir ki, bu fikirləri Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin xüsusi nümayəndəsi Vahid Hacıyev deyib.

Vahid Hacıyev bildirib ki,  artıq növbəti köçlə bağlı hazırlıq işləri görülür: “Keçən il Ağalı kəndinə 326 nəfərdən ibarət 66 ailə köçürülüb. Həmin ailələr artıq Ağalı kəndində yaşayır, işləyir. Prosesin davamı olaraq bu ayın sonuna iki mərhələdən ibarət köç nəzərdə tutulur. Fevralın sonu, martın əvvəlinə 20 ailə Ağalı kəndinə köçürüləcək. Artıq evlər hazırdır, öz sakinlərini gözləyir”.