Azərbaycanda hazırlıq keçməmiş sürücülərə daşıyıcının sərnişin və yük daşınmasının həyata keçirilməsi üçün buraxılış kartı verməsinə görə vəzifəli şəxslər 300 manat, hüquqi şəxslər 1200 manat cərimə ediləcək.
Globalinfo.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
“Avtomobil nəqliyyatı haqqında” qanuna əsasən, taksi minik avtomobillərinin sürücüləri etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ-hüquqi aktlara dair xüsusi hazırlıq keçməlidirlər. Xüsusi hazırlığın keçməsini təsdiq edən sənədi olmayan sürücülər taksi fəaliyyəti göstərməsi mümkün olmayacaq. Buraxılış kartının alınması üçün əsas sənədlərdən biri də sürücülərin xüsusi hazırlıq keçməsini təsdiq edən şəhadətnamədir. Bu sənədi almaq üçün sürücülər AYNA-nın Təlim-Tədris Mərkəzinə müraciət edərək təlimlərdə iştirak etməlidirlər”, – deyə məlumatda qeyd edilib.
Bu günə qədər 14 minə yaxın sürücü təlimlərdə iştirak edib.