owl detail 620 75cc1191717bc15a2659d414e745e615

Macarıstanın baş naziri Viktor Orban Ukrayna müharibəsinin davam etməsini Qərbin böyük səhvi adlandırıb və döyüşlərin dərhal dayandırılmasının vacibliyini vurğulayıb.

Globalinfo.az xəbər verir ki, Orban bu fikri ABŞ Prezidenti Donald Trampla birgə keçirdiyi mətbuat konfransında səsləndirib:

“Bu, Qərbin bir neçə il əvvəl etdiyi çox böyük səhv idi və buna son qoyulmalıdır”, – o bildirib.

Macarıstan lideri əlavə edib ki, Trampın Ukraynada sülhü bərpa etmək üçün göstərdiyi səyləri anlayır və dəstəkləyir.

“Mən Vaşinqtona Amerika prezidentinin sülh təşəbbüslərinə dəstək vermək üçün gəlmişəm”, – Orban deyib.

Xatırladaq ki, Viktor Orban daha əvvəl bəyan etmişdi ki, Ukraynanın Rusiya ilə münaqişədə qalib gəlməsi üçün möcüzəyə ümid etməsi lazımdır.

Tahir Turan
Globalinfo.az

Paylaş: