Polşada terror aktlarına hazırlıq görülür.
Globalinfo.az xəbər verir ki, bu haqda Polşanın keçmiş prezidenti, Nobel Sülh Mükafatı laureatı Lex Valensa çıxışı zamanı deyib.
“Polşada seçki ilə məsələ bitməyib. Məndə olan məlumata görə, bir sıra tədbirlər, o cümlədən terror xarakterli addımlar planlaşdırılıb. Seçkidə uduzan partiya hakimiyyəti təhvil verməmək üçün hər şeyə qadirdir”, deyə Lex Valensa bildirib.
Lex Valensa yaxın günlərdə hüquq-mühafizə orqanlarına müvafiq ərizə ilə müraciət edəcəyini deyib.