Bu ölkədə qadınlar əsgər gedəcək – Səbəbkar Rusiyadır

qiz

Danimarka hökuməti qadın vətəndaşlar üçün hərbi xidmətin məcburi olmasına qərar verib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb.

Bildirilib ki, qanun iyulun 1-dən qüvvəyə minib.

“Danimarkada gender bərabərliyi islahatları ilkin olaraq 2024-cü ilə qədər böyük müdafiə sazişinin bir hissəsi kimi düşünülürdü. Proqramın 2027-ci ilin əvvəlinə qədər həyata keçirilməsi nəzərdə tutulurdu, lakin son tarix 2025-ci ilin yayına təxirə salındı”, – deyə bildirilib.

Məlumata görə, sözügedən tədbir Danimarkanın Rusiya ilə potensial münaqişədən qorxması ilə bağlıdır.

Əliyar Xəlil
Globalinfo.az