Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fələstin məsələsi ilə bağlı beynəlxalq ictimaiyyətə çağırış edib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Sabah” qəzeti məlumat yayıb.
Ərdoğan bildirib ki, Fələstinin mövcudluğu hazırda ciddi təhlükə ilə üz-üzədir və bu vəziyyətə laqeyd yanaşmaq mümkün deyil.
Türkiyə lideri Fələstin xalqının öz dövlətinə sahib olmaq hüququnun qorunmasının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, bölgədə davam edən proseslərə beynəlxalq ictimaiyyətin diqqəti artırılmalı və Fələstin dövlətinin gələcəyini təhlükə altına alan addımların qarşısı alınmalıdır.
Ərdoğan qeyd edib ki, Fələstin məsələsində ədalətli və davamlı həll yalnız iki dövlətli modelin reallaşdırılması və müstəqil Fələstin dövlətinin varlığının təmin olunması ilə mümkün ola bilər.
Tahir Turan
Globalinfo.az