qadin derman

Son vaxtlar gündəmə gələn məsələlərdən biri də pəhriz üçün satılan dərmanların, müəyyən vasitələrin insan sağlamlığına təsirləridir.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan həkim endokrinoloq-dietoloq Sevinc Həsənzadə deyib ki, ağır pəhriz və müəyyən arıqladıcı preparatlar orqanizmin taqətdən düşməsinə səbəb ola bilir:

“İnsulin düşdüyü zaman iştahımız kəsilmiş olur. Bu səbəbdən də bəzi insanlar elə bilirlər ki, həmin dərmanlar adamı arıqladır. Amma xeyr, arıqlatmır! Sadəcə, insulini anidən endirir, nəticədə iştah azalır”.

WhatsApp Image 2023 09 25 at 12.10.42

Sevinc Həsənzadə

S.Həsənzadə deyib ki, arıqladıcı preparatların harada hazırlanması və tərkibində nələrin olduğu məlum deyil:

“Hazırda xeyli arıqladıcı preparatlar satılır. Bu dərmanların tərkibində nələr varsa, həm bağırsağı işlədir, həm insulini aşağı salır. Bilirsiniz ki, insulin səviyyəsi çox aşağı düşərsə, insan şoka düşə bilər. Nəinki preparatlar, hətta arıqladıcı iynələr də ziyandır”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: