Xalq artistinin “səhhəti pisləşdi”, sonra isə… – Özü danışdı

“Sağlamlığımda heç bir problem yoxdur, özümü yaxşı hiss edirəm”.

Bu sözləri Globalinfo.az-a Xalq artisti Arif Babayev deyib.

“Şükür Allaha, yaxşıyam, evdəyəm. Maraqlanan hər kəsə təşəkkür edirəm”, – A.Babayev bildirib.

Qeyd edək ki, Arif Babayev bir qədər əvvəl mətbuata açıqlamasında səhhətinin pisləşdiyini bildirmiş, lakin hansı xəstəlikdən əziyyət çəkdiyini açıqlamamışdı.

Zaira Akifqızı
Globalinfo.az