mark rutte

NATO ölkələri Ukraynanın Rusiya ərazisinə zərbələr endirmək üçün silah istifadəsinə qoyulan məhdudiyyətləri götürüb-götürməmək barədə müstəqil qərar qəbul edir.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rutte deyib.

“Fərdi müttəfiqlər nə edəcəyinə özləri qərar verə bilərlər. Müttəfiqlərin nə etməli olduğunu deməyəcəyəm”, – Rutte bildirib.

Rutte həmçinin qeyd edib ki, AB müdafiə nazirlərinin görüşündə Ukraynaya yardımın artırılması məsələsi müzakirə olunacaq:

“Biz Ukraynaya qalib gəlməyə necə kömək edə biləcəyimizi müzakirə edəcəyik: daha çox kömək, daha çox pul”.

Paylaş: