polsa

Polşa hərbi əməliyyatlar zamanı sığınacaq kimi istifadə olunacaq ən böyük 10 şəhərdə metro sistemləri qurmağı planlaşdırır”.

Globalinfo.az xəbər verir ki, bu barədə RMF FM radiostansiyası məlumat yayıb.

Bildirilib ki, Polşanın İnfrastruktur Nazirliyi artıq “Metro Polşa” adlı layihə üzərində işə başlayıb.

Proses “Əhalinin Müdafiəsi və Mülki Müdafiə haqqında” Qanun çərçivəsində həyata keçiriləcək:

“Hazırda Polşada yalnız  Varşavada metro var. 2025-ci ilin dekabr ayında Varşava meri Rafal Trzaskovski metronun 100.000 nəfərlik sığınacağa çevrilməsi layihəsini elan etmişdi.

Layihə çərçivəsində onlar çarpayılar, içməli su və yorğanlarla təmin ediləcək”.

Daha əvvəl “Financial Times” qəzeti Polşanın əhalisini Rusiyadan gələn təhdiddən qorumaq üçün bunkerlər şəbəkəsi qurmaq istədiyini bildirmişdi.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: