Blinkendən Ərdoğanın qərarına reaksiya

ABŞ Dövlət katibi Entoni Blinken Ərdoğanın İsveçin NATO-ya üzvlüyünü təsdiqləməsini alqışlayıb.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, E.Blinken bu barədə X hesabında yazıb.

“İsveçin NATO-ya üzvlüyü ratifikasiyasının Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmasını alqışlayırıq. Biz sənədləri Vaşinqtonda almağı və İsveçi NATO-nun 32-ci müttəfiqi kimi qarşılamağı səbirsizliklə gözləyirik. İsveç və Alyans birlikdə daha güclüdür”, – Blinken bildirib.

Qeyd edək ki, yanvarın 25-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan parlamentin ratifikasiya etdiyi sənədi imzalayıb.