1770757627 1769944942 zelenskii 900x600 1

Ukrayna Rusiyaya adekvat cavab verəcək”.

Globalinfo.az xəbər verir ki, bunu Prezident Volodimir Zelenski deyib.

Rusiya bir neçə gündür davam edən qismən sükuta son qoymağı özü seçib. İndi Ukrayna bənzər hərəkət edəcək”, – deyə o bildirib.

Zelenski Moskvanı davamlı atəşkəsə doğru addım atmağa çağırıb.

“Rusiyanın bütün hərəkətlərinə necə cavab verəcəyimiz barədə danışdıq. Onlar bu müharibəyə son qoymalıdır. Əsl, davamlı atəşkəsə doğru addım atmalı olan Rusiyadır. Bu baş verənə qədər Moskvaya qarşı sanksiyalar zəruridir və tətbiq olunmağa və gücləndirilməyə davam edilməlidir”.

Ukrayna lideri həmçinin, tərəfdaşlarını Rusiyaya qarşı heç bir yumşaqlığa yol verməməyə, təhlükəsiz dünya üçün birlikdə işləməyə səsləyib.

Qeyd edək ki, mayın 8-də ABŞ Prezidenti Donald Tramp Rusiya ilə Ukrayna arasında 9-11 may tarixləri arasında davam edən üç günlük atəşkəs elan etmişdi.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: