“Gecə baş verən hücum zamanı Rusiya qüvvələri Ukraynanın kritik infrastrukturuna 100-ə yaxın pilotsuz təyyarə zərbəsi endirib”.
Globalinfo.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
“İnfrastrukturumuza zərbələr yenidən davam etdi. Əsas hədəflər enerji sektorumuzdur. 96 hücum pilotsuz uçan aparatı olub”, – Ukrayna lideri bildirib.
O qeyd edib ki, hücum nəticəsində Xarkov, Kirovoqrad və Sumı vilayətlərində infrastruktur obyektlərinə ziyan dəyib.
Əliyar Xəlil
Globalinfo.az