Biləsuvarda qəzada ölən İran vətəndaşı ilə bağlı məlumat

Fevralın 9-da saat 10:30 radələrində İran İslam Respublikasının vətəndaşı Behruz Qolaminin idarə etdiyi “Renault” markalı yük avtomobilinin hərəkətdə olarkən təkərinin partlaması səbəbindən sürücü idarəetməni itirib və nəqliyyat vasitəsi Biləsuvar-Bəhrəmtəpə yolunun Səmədabad kəndi ərazisindən keçən hissəsində yolun kənarındakı su kollektoruna aşıb.

Bu barədə Globalinfo.az-a DİN-dən bildirilib.

Nəticədə sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

***

19:39

Biləsuvarda baş verən qəzada İran vətəndaşı olub.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonunun Səmədabad kəndində qeydə alınıb.

“Renault” markalı yük avtomobili yol kənarında su arxına aşıb. Hadisə nəticəsində, İran İslam Respublikası vətəndaşı 1975-ci il təvəllüdlü Behruz Qolami ölüb.

Onun meyiti deformasiyaya uğrayan maşından FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən çıxarılaraq, aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.