Biləsuvarda maşınlar toqquşdu: xəsarət alanlar var

Biləsuvar rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Globalinfo.az xəbər verir ki, hadisə rayonun Bəydili kəndi ərazisində qeydə alınıb.

Qəza zamanı “VAZ 2106” və “Priora” markalı minik avtomobilləri toqquşub. İlkin məlumata görə, beş nəfər xəsarət alıb.

Yaralılar rayon xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.