Biləsuvarda ağır qəza, xəsarət alanlar var

Biləsuvar rayon ərazisində iki yol-nəqliyyat hadisəsi baş verib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, yol-nəqliyyat hadisələrdən biri rayonun Səmədabad kəndi ərazisində qeydə alınıb.

Hərəkətdə olan “Mercedes” markalı minik avtomobili idarəetməni itirərək aşıb. Sürücü 1967-ci il təvəllüdlü Asif Qasımov müxtəlif bədən xəsarətləri alıb.

Digər qəza isə Biləsuvar şəhəri ərazisində qeydə alınıb. Motosiklet “Niva” markalı minik avtomobilinə çırpılıb. Nəticədə motosikletin sürücüsü, 1993-cü il təvəllüdlü Orxan Abışov xəsarət alıb. Hər iki hadisədə xəsarət alan yaralılar rayon xəstəxanasına çatdırılıb.

Araşdırma aparılır.