Su kanalına aşan maşında ölənlərin kimliyi məlum oldu – Fotolar – YENİLƏNİB

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Globalinfo.az-a verilən məlumata görə, bu gün saat 16:00 radələrində Sumqayıt şəhər sakini Vüqar Məmmədov “Mercedes” markalı avtomobillə Beyləqan rayonunun ərazisində hərəkətdə olarkən idarəetməni itirərək avtomobili Yuxarı Qarabağ kanalına aşırıb.

Nəticədə sərnişinlər – Sura Balayeva və Rəşad Məmmədov hadisə yerində ölüblər. Sürücü V.Məmmədov ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Faktla bağlı Beyləqan Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırma aparılır.

Sürücü V.Məmmədov tibbi müdaxilələrə baxmayaraq müalicə aldığı xəstəxanada vəfat edib.

***18:03

Beyləqan rayonunda yol qəzası baş verib.

Globalinfo.az APA-ya istinadla bildirir ki, hadisə Beyləqanın Daşburun yolunda baş verib.

50 BT 575 dövlət nömrəli nişanlı “Mercedes” markalı avtomobilin sürücüsü idarə etməni itirərək yol kənarındakı su kanalına aşıb.

Nəticədə avtomobildə 3 nəfərdən 2- i ölüb, bir nəfər ağır xəsarətlə xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma başlanıb, ölənlərin kimliyi araşdırılır.

Su kanalına aşan maşında ölənlərin kimliyi məlum oldu