Bəşər Əsədin yeni arzusu

Suriya Prezidenti Bəşər Əsəd kral olmaq istəyir.

Globalinfo.az oxu.az-a istinadən bildirir ki, bu barədə yerli “Elaf” qəzeti öz mənbələrinə istinadla məlumat yayıb.

Bildirilir ki, dövlət başçısı ölkəsindəki idarəetmə sistemini respublika monarxiyasına dəyişmək istəyir.

Qərar ona oğlu üçün ölkə başçısı vəzifəsini saxlamağa və ailə üzvlərinə imtiyazlar verməyə kömək etməlidir.

Həmçinin bildirilir ki, Əsəd “ərəb baharı”ndan yalnız monarxiya rejimlərinin sağ çıxdığını görüb, ona görə də onu inqilablardan yalnız monarxiyanın xilas edə biləcəyinə qərar verib.

Nəşrin mənbəsinin sözlərinə görə, Əsəd artıq idarəetmə funksiyalarını ailə üzvləri və yaxınları arasında bölüşdürüb, özü isə vaxtının çox hissəsini idman zalında, hovuzda və sarayda televizor qarşısında keçirir.