k

Bazar ertəsinə keçən gecə Rusiya Kiyevə raket və pilotsuz uçuş aparatları ilə kütləvi hücum edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna KİV-i məlumat yayıb.

Hücum nəticəsində azı 11 nəfər həlak olub, daha 46 nəfər yaralanıb.

Partlayışlar şəhərin müxtəlif rayonlarında və ətraf ərazilərdə qeydə alınıb.

“Bu zaman Kiyev sakinləri təhlükəsizlik məqsədilə metro stansiyalarına sığınıblar. Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenkonun sözlərinə görə, Podol rayonunda yaşayış binası qismən uçub. Darnıtski rayonunda isə bir neçə çoxmərtəbəli binaya ziyan dəyib və dağıntılar altında insanların qala biləcəyi ehtimal olunur”.

“Bunlar insanların yaşadığı, yatdığı adi yaşayış binalarıdır”, – deyə Tkaçenko bildirib.

Kiyev meri Vitali Kliçko hava hücumundan müdafiə qüvvələrinin hücumu dəf etdiyini bildirib və sakinləri sığınacaqlarda qalmağa çağırıb.

Tkaçenko isə baş verən faciə ilə bağlı “Bu ağrını yüngülləşdirəcək söz yoxdur” deyə qeyd edib.

Hücumdan bir neçə saat əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Kiyevə qarşı yeni genişmiqyaslı zərbə hazırladığını bildirmiş və əhalini ehtiyatlı olmağa çağırmışdı.

Günel Cəlil
Globalinfo.az

Paylaş: