6a7c7f524fa136a7c7f524fa1417865439546a7c7f524fa116a7c7f524fa12 9

Bərdədə zəncirvari qəza zamanı xəsarət alanların kimliyi müəyyən edilib.

Globalinfo.az “Report”a istinadla xəbər verir ki, qəza zamanı VAZ-2107 markalı avtomobildə olan İsayev Xəyal Qurban oğlu, Məmmədov Oktay Əli oğlu, Abdullayev Ömər Telman oğlu və Bəşirov Orxan Qurban oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Onlar Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

***18:15

Bərdə rayonunda üç minik avtomobilinin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Globalinfo.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, qəza Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun Bərdə rayonunun Mehdili kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Toyota Camry” markalı, 10-RE-858 dövlət qeydiyyat nişanlı avtomobil, “VAZ-2107” markalı, 77-GZ-516 dövlət qeydiyyat nişanlı avtomobil və 41-BE-260 dövlət qeydiyyat nişanlı digər minik avtomobili toqquşub.

Toqquşma nəticəsində “Toyota Camry” və “VAZ-2107” markalı avtomobillər yolun kənarına çıxıb.

Qəza zamanı “VAZ-2107” markalı avtomobildə olan 4 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri aldığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

3cb52151 90c7 4436 8f76 1d4f717edbcf 313349 d5w5atdo4m 1 scaled photo 2026 08 12 18 27 05 8 scaled

Paylaş: