Bərdə rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Globalinfo.az Teleqraf-a istinadla xəbər verir ki, qəza günorta saatlarında rayonun Alpout kəndi ərazisində qeydə alınıb.
Hadisə zamanı “VAZ-2109” və “Saipa” markalı avtomobillər toqquşub. Nəticədə avtomobillərdə olan 5 nəfər 1985-ci il təvəllüdlü Mahmudov Elnur Nurəddin oğlu, 1996-cı il təvəllüdlü Məmmədəliyeva Zemfira Vaqif qızı, 1974 – cü il təvəllüdlü Abbasov Xələf Həsənağa oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar xəstəxanaya çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, “VAZ-2109” markalı avtomobilin sürücüsü, Şəki rayon sakini, 1989-cu il təvəllüdlü Məmmədiyeyev Aydın Akif oğlunun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.