orxan eliyev

Bərdə Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, yol-nəqliyyat hadisəsi ilə əlaqədar 09.06.2026-ci il tarixində saat 06:50 radələrində 2007-ci il təvəllüdlü şəxs (kişi) Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Döş qəfəsinin küt travması, sağ körpücük sümüyünün sınığı, başın tüklü hissəsinin açıq yarası, qapalı kəllə-beyin travması diaqnozu təyin olunan pasiyentin müalicəsi müvafiq şöbədə davam etdirilir, vəziyyəti orta ağırdır.

Qeyd edək ki, hadisə nəticəsində 1 nəfərin (kişi) isə həkiməqədər ölüm faktı qeydə alınıb.

***09:56

Bərdə rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Borsunlu-Hindarx avtomobil yolunun Bərdə rayonunun Soğanverdilər kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, hərəkətdə olan “Toyota Prius” markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı maneəyə çırpılıb.

Qəza nəticəsində avtomobildə sərnişin qismində olan Ağdam rayon sakini, hərbçi Orxan Əliyev hadisə yerində həyatını itirib.

Məlumata əsasən, hadisə zamanı daha bir neçə nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar təcili tibbi yardım briqadalarının köməyi ilə Bərdə Diaqnostika Mərkəzinə çatdırılıb və onlara zəruri tibbi yardım göstərilib.

Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır. Qəzanın başvermə səbəblərinin müəyyənləşdirilməsi istiqamətində müvafiq tədbirlər görülür.

bf563982 4b48 400f 845a 583fa991e0b0
c7c44cc0 b99c 43fb af6a 1a1cd04388cc

Paylaş: