lukasenko 0

İlkin məlumatlara görə, Belarusun hazırkı prezidenti Aleksandr Lukaşenko 86,82% səslə prezident seçkilərində qalib gəlir.

Globalinfo.az APA-ya istinadən xəbər ki, bu barədə Respublika Mərkəzi Seçki Komissiyasının sədri İqor Karpenko mətbuat konfransında bildirib.

2020-ci il prezident seçkilərində Lukaşenko 80,10% səs toplayıb.

Liberal Demokrat Partiyasının sədri Oleq Qaydukeviç 2,02%, sahibkar Anna Kanopatskaya – 1,86%, Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Sergey Syrankov – 3,21%, Respublika Əmək və Ədalət Partiyasının sədri Aleksandr Xijyak – səslərin 1.74 faizini toplayıb.

Seçicilərin 3,6%-i isə bütün namizədlərin əleyhinə səs verib.

Mərkəzi Seçki Komissiyası yekun məlumatları fevralın 3-də açıqlayacaq.

***26.01.2025 21:46

Belarusda prezident seçkilərində səsvermə başa çatıb.

Globalinfo.az xəbər verir ki, Belarus Gənclər Təşkilatları Komitəsinin exit-pollunun nəticələrinə görə, ölkənin hazırkı prezidenti Aleksandr Lukaşenko 87.6% səslə prezident seçkisində qalib gəlib.

Səslər belə bölünüb: Sergey Syrankov 2,7%, Oleq Qaydukeviç – 1,8%, Anna Kanopatskaya – 1,6%, Aleksandr Xijnyak – 1,2%.

Seçicilərin 5,1%-i bülletenlərində “hamının əleyhinə” işarəsi qoyub.

Bildirilib ki, Belarus Mərkəzi Seçki Komitəsi ilkin nəticələri gecə saatlarında açıqlayacaq.

Globalinfo.az

Paylaş: