Belarusda uşaqlara qarşı cinsi zorakılıq maddələri ilə məhkum edilənlərin kimyəvi kastrasiyasına icazə verən protokol təsdiqlənib.
Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin Baş Prokurorluğu məlumat yayıb.
“Uşaqları cinsi istismardan qorumaq üçün fəaliyyət planı təsdiqlənib. Cinayət Məcəlləsinə dəyişikliklər hazırlanıb: onlar “pedofiliyadan əziyyət çəkən şəxslərin” məcburi “müalicəsi”ni (kimyəvi axtalama) nəzərdə tutur.
Həmçinin, ölkədə cinsiyyətin dəyişdirilməsinə görə də inzibati cəza tətbiq edilə bilər”, – məlumatda deyilir.