“ABŞ-ın yaxın dörd ildə qəbul edəcəyi qərarlar Avropanın gələcəyini müəyyən edəcək”.
Globalinfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden deyib.
O bildirib ki, Ukraynanın məğlub olacağı təqdirdə bəzi ölkələrin daha da müstəqil siyasət yürüdəcəyindən qorxur.
“ABŞ-ın qarşıdakı dörd il ərzində qəbul edəcəyi qərarlar uzun müddət üçün Avropanın gələcəyini müəyyənləşdirəcək. Buna görə də biz NATO-nun dağılmasına imkan verə bilmərik. Onu həm siyasi, həm də iqtisadi cəhətdən gücləndirməliyik. Bunun üçün biz NATO-ya böyük sərmayələr qoyuruq”, – deyə ABŞ prezidenti vurğulayıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az