Borreldən XƏBƏRDARLIQ: “NATO ABŞ prezidentinin şıltaqlığından…”

“NATO ABŞ prezidentinin şıltaqlığından asılı olan hərbi ittifaq deyil”.

Globalinfo.az xəbər verir ki, bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrel deyib.

O, Alyansın ABŞ prezidentinin şıltaqlığına tabe olmadığını bildirib. Daha öncə NATO-nun baş katibi Yens Stoltenberq Şimali Atlantika Alyansının üzv ölkələrindən hər hansı birinə hücum olacağı təqdirdə hərbi blokun həmin dövlətin müdafiəsinə qalxacağını bəyan edib.

Xatırladaq ki, sabiq ABŞ prezidenti Donald Tramp Rusiyanın Qərb ölkələrinə hücumu fonunda NATO-nun müttəfiqlərinə köməkdən imtina edəcəyini deyib.  Rəsmi Vaşinqton isə Trampın bu bəyanatını kəskin tənqid atəşinə tutub.

Ağ Evin sözçüsü Endryu Beyts bildirib ki, ABŞ-ın ən yaxın müttəfiqlərinə qarşı hansısa hücum yolverilməzdir. Bu, ABŞ-ın milli və qlobal təhlükəsizliyini, eləcə də iqtisadiyyatının sabitliyini təhdid edir.

Əliyar Xəlil
Globalinfo.az