yt

Böyük Britaniyanın Baş naziri Endi Börnham bu gün ABŞ Prezidenti Donald Trampla görüşü zamanı onu İranla münaqişəyə son qoymağa çağırmağı planlaşdırır.

Globalinfo.az xəbər verir ki, bu barədə “The Guardian” nəşri yazıb.

O, bunu Nyu-Yorka, BMT Baş Assambleyasının iclasında iştirak etmək üçün yola düşərkən britaniyalı jurnalistlərlə söhbətində deyib.

Bu görüş çərçivəsində Börnham ilk dəfə Trampla danışıqlar aparacaq.

“Əlbəttə, biz münaqişəyə mümkün qədər tez son qoyulmasını istəyirik və öz töhfəmizi verməyə hazırıq”, – deyə Baş nazir qeyd edib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: