Baqrat Rusiyanın adamı deyil: bu da sübutu – Danielyan

“Rusiya Ermənistanda ruhani lider Baqrat Qalstanyanın rəhbərliyi ilə keçirilən aksiyanı dəstəkləmir”.

Globalinfo.az xəbər verir ki, bunu erməni politoloq Stepan Danielyan deyib.

Politoloq Rusiyanın indiki məqamda bu aksiyanı dəstəkləməsinin mümkün olmadığını bildirib:

“Moskva hərəkatı dəstəkləyərsə, aksiyaların nəticəsi uğurlu olacağı təqdirdə Ermənistan qarşısında bütün məsuliyyəti öz üzərinə götürməli, proseslərdə onun mövqeyindən çıxış etməlidir. Lakin Rusiya hazırda buna hazır deyil. Nə qədər ki Ukrayna müharibəsi davam edir, Rusiya Azərbaycan, Türkiyə, ümumilikdə türk dünyası ilə münaqişəyə girməyi gözə ala bilməz”.

“Həmçinin KTMT ölkələrindən birində Kremlin dəstəyi ilə aksiyanın keçirilməsi, təşkilatın digər ölkələrində də eyni vəziyyətin yaranmasına səbəb ola bilər. Bu da dövlətlərarası münasibətlərin pozulması ilə nəticələnəcək. Kremlə belə bir şey lazım deyil. Ümumiyyətlə, bugünkü Rusiya digər ölkələrin problemlərini öz üzərinə götürməmək siyasəti yürüdür. Məsələn, Moskva hazırda fələstinliləri dəstəkləyir, amma hesab edir ki, bu, ilk növbədə ərəb ölkələrinin problemidir. İlk addımı da onlar atmalıdır. Bu, həm Serbiya, həm də Ermənistan məsələsində belədir”, – politoloq qeyd edib.

Ayşən Mustafa
Globalinfo.az