Qazaxıstanın yeni baş naziri bəlli oldu

Oljas Bektenov Qazaxıstanın yeni baş naziri təyin edildi.

Globalinfo.az xəbər verir ki, bununla bağlı Prezidenti Kasım – Jomard Tokayev sərəncam imzalayıb.

Oljas Bektenov bu posta təyin olunmadan öncə Qazaxıstan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri vəzifəsində çalışıb. O, həmin vəzifəni 2023-cü ilin aprel ayından icra edir.

Qeyd edək ki, fevralın 5-də Prezident Kasım-Jomard Tokayev hökumətin istefaya göndərilməsi ilə bağlı fərman imzalayıb.