Balasanyan sözünü tutmadı: Qarabağ caniləri ilə aktivləşdi

Keçmiş qondarma rejimin “təhlükəsizlik şurasının katibi” olmuş Vitali Balasanyan “Vətən üçün Tavuş”  hərəkatının İrəvana yürüşünə qatılıb.

Globalinfo.az xəbər verir ki, o, Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının arxiyepiskopu Baqrat Qalstanyana tam dəstəyini ifadə edib.

Məlumata görə, yürüşə Ermənistan ordusunun ehtiyatda olan zabitləri, Qarabağ müharibəsində iştirak etmiş şəxslər də qoşulublar.

Xatırladaq ki, ötən ilin sentyabrında keçirilən antiterror əməliyyatlarında sonra Vitali Balasanyan Qarabağdan Ermənistana köçüb. O, bir müddət əvvəl dindirilmə üçün Ermənistan hüquq-mühafizə orqanlarına dəvət olunub. Bundan sonra Baş nazir Nikol Paşinyanla əlaqə saxlayıb və bildirib ki, İrəvanda müxalifətin planlaşdırdığı hakimiyyət dəyişikliyi prosesində iştirak etmək, siyasi proseslərə qarışmaq niyyətində deyil. Balasanyanın Paşinyandan onu rahat buraxmağı xahiş etdiyinə dair iddialar yayılıb.

Qeyd edək ki, İrəvan hakimiyyətinə qarşı Baqrat Qalstanyanın rəhbərliyi ilə başladılan yürüş artıq 3 gündür davam edir. Etirazçıların mayın 9-da İrəvana çatacağı gözlənilir.

Ayşən Mustafa
Globalinfo.az