04b519 331543df1de046a29065fb0da3e05782mv2

ABŞ Prezidenti Donald Trampın andiçmə mərasimində Ermənistanın əmək və sosial məsələlər naziri, hakim Mülki Müqavilə Partiyasının xarici əlaqələr şöbəsinin rəhbəri Narek Mkrtçyan da iştirak edib. 

Globalinfo.az xəbər verir ki, nazir mərasimə ABŞ-ın “NewsMax” media şirkətinin dəvəti ilə qatıldığını bildirib.

“Mülki Müqavilə Partiyasının xarici əlaqələr şöbəsinin rəhbəri kimi mən də ABŞ prezidentinin inaqurasiya mərasimində iştirak etmək şərəfinə nail oldum. Tədbir zamanı yeni Dövlət katibi Mark Rubio, Prezident Trampın çoxdankı dostları jurnalist Kristofer Rudi və Patrik Orlando və bir sıra digər yüksək rütbəli rəsmilər səmimi ünsiyyət qurmaq üçün yaxşı fürsətim oldu”, – nazir bildirib.

Qeyd edək ki, Ermənistanın ABŞ-la strateji tərəfdaşlıq haqqında saziş imzalamasına baxmayaraq, Baş nazir Nikol Paşinyanın inaqurasiya mərasiminə şəxsən dəvət olunmaması diqqət çəkib.

Ayşən Mustafa
Globalinfo.az 

Paylaş: