4965 3

Balakəndə qəza zamanı xəsarət alan və vəziyyəti ağır qiymətləndirilən 1994-cü il təvəllüdlü şəxs cərrahi əməliyyata qəbul olunub.

Globalinfo.az xəbər verir ki, bu barədə Balakən Rayon Mərkəzi Xəstəxanasının məlumatında deyilir.

Bildirilir ki, 1994-cü il və 2003-cü il təvəllüdlü şəxslərin müalicələri Reanimasiya şöbəsində davam etdirilir.

Qeyd edək ki, hadisə nəticəsində 1995-ci il təvəllüdlü şəxsin (kişi) xəstəxanayaqədər ölüm faktı qeydə alınıb.

***19:32

Balakəndə “VAZ” markalı iki minik avtomobili toqquşub, ölən və xəsarət alanlar var.

Globalinfo.az APA-ya istinadla xəbər verir ki, hadisə axşam saat 17 radələrində rayonun Talalar kəndi ərazisində baş verib.

Hərəkətdə olan “VAZ 2106” və “VAZ 21015” markalı iki minik avtomobili toqquşub. Qəza zamanı “VAZ-2106”nın sürücüsü, 30 yaşlı Əyyub Anqbazov aldığı xəsarətlərdən Balakən Rayon Mərkəzi Xəstəxanasının (RMX) Təcili Tibbi Yardım Şöbəsində ölüb. Digər nəqliyyat vasitəsinin sürücüsü 22 yaşlı Rufan Bayramov və “VAZ-2106”da olan sərnişin, 31 yaşlı Şamil Saxalov aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Balakən RMX-nın Təcili Tibbi Yardım Şöbəsinə yerləşdiriliblər.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan APA-ya bildirilib ki, faktla bağlı Balakən Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Paylaş: