Bakıxanovda çoxmərtəbəli binada yanğın – Foto / YENİLƏNİB

Bakı şəhərinin Sabunçu rayonunda ondoqquzmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində vətəndaşa məxsus mənzildə baş vermiş yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən qısa müddətdə söndürülüb.

Globalinfo.az xəbər verir ki, bu barədə FHN-dən məlumat verilib.

Yanğın nəticəsində mənzilin mətbəxində 6 m² sahədə stol, aspirator və soyuducu qismən yanıb. Yüksək temperaturdan mətbəx mebeli qarsalanıb.

Yanğınsöndürənlərin səyi sayəsində mənzilin böyük hissəsi və qonşu mənzillər yanğından mühafizə olunub.

***

Paytaxtın Sabunçu rayonunun Bakıxanov qəsəbəsində “Uğur-2” yaşayış kompleksinə daxil olan çoxmərtəbəli yaşayış binalarının birində yanğın baş verib.

Globalinfo.az xəbər verir ki, yanğının söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadaları cəlb olunub.

Hazırda yanğının söndürülməsi üçün operativ tədbirlər davam etdirilir.