Bakının mərkəzində avtomobil mağazalara çırpıldı, ölən var

Bakının mərkəzində ağır qəza baş verib.

Globalinfo.az xəbər verir ki, Sultanov Mikayıl İlqar oğlu idarə etdiyi “Toyota Prius” markalı avtomobil ilə Nəsimi rayonu ərazisində hərəkətdə olarkən maşını Azadlıq prospekti 63 ünvanının kənarında yerləşən mağaza və iaşə obyektlərinə çırpıb. Nəticədə avtomobildə sərnişin qismində əyləşmiş Mehtiyev Asim Rasim oğlu aldığı xəsarətdən ölüb.

Faktla bağlı Nəsimi RPİ-nin istintaq şöbəsində CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanıb.

Malik

Globalinfo.az