Bakının bu ərazisində ağaclar məhv edilir: Nazirlik hərəkətə keçdi – VİDEO

1661760656 yasamal 210222

Bakının Yasamal rayonu ərazisində ağacların kəsildiyini əks etdirən görüntülər yayılır.

Globalinfo.az-a daxil olan məlumata görə, görüntülər Şərifzadə küçəsi, İTV-nin binasının arxası, Azon zavodun ərazisində qeydə alınıb. 23 aprel 2024-cü ilə – 1 il öncəyə aid videoda ərazidə xeyli şam və küknar ağaclarının olduğu görünür. İddia olunur ki, hazırda ağaclar texnika ilə məhv edilir.

Şahidlərin sözlərinə görə, “Avant Park” şirkəti yaxınlıqda tikinti aparır. Amma ağacları qıran bu şirkətin olub-olmadığı bilinmir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova Globalinfo.az-a bildirib ki, məsələdən xəbərdardırlar. Onun sözlərinə görə, nazirliyin əməkdaşları araşdırma aparır. İ.İbarahimovanın saytımıza bildirdiyinə görə, nazirliyin rəsmiləri artıq hadisə yerindədirlər.

WhatsApp Image 2025 03 26 at 15.07.07

Globalinfo.az