Bakıda ölən müəllim turşudan zəhərlənibmiş – FOTO

Bakıda müəllim zəhərlənmədən dünyasını dəyişib.

Globalinfo.az bildirir ki, bu barədə müəllimin işlədiyi Məktəb Lisey Kompleksi məlumat yayıb.

Bildirilib ki, 1982-ci il təvəllüdlü Şəfəq Əliyeva pomidor turşusundan zəhərlənib.

Səhhəti pisləşən müəllim xəstəxanaya yerləşdirib. Həkimlərin səyinə baxmayaraq, bir neçə gün sonra Ş.Əliyeva dünyasını dəyişib.

Mərhum ailəli olub, iki övladı var.