Bakıdakı məşhur mağazalar bağlanır

Belarusun “Krasnıy pişevik” şirkətinin Bakıdakı nümayəndəliyi müflis elan edilə bilər. 

Globalinfo.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, artıq “Belarus Şirniyyatları” MMC adı ilə fəaliyyət göstərən şirkətin ödəmə qabiliyyəti olmaması və müflis elan edilməsi ilə bağlı məhkəməyə müraciət olunub.

İşə Bakı Kommersiya Məhkəməsinin hakimi Aytən Əliyevanın sədrliyi ilə baxılacaq.

Nizamnamə kapitalı 10 min manat, qanuni təmsilçi Uladzımır Davıdzıuk olan “Belarus Şirniyyatları” MMC-nin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 1975.73 qəpik vergi borcu var.

Qeyd edək ki, Bakının bir sıra ünvanlarında “Belarus Şirniyyatları” adlı mağazalar fəaliyyət göstərir.