Bakıda zəncirvari qəza: 9 maşın… – Anbaan video

***09:20

Bakının Rəşid Behbudov küçəsində 9 maşının toqquşmasına səbəb avtomobillərin sürət yarışına çıxması olub.

Bu barədə Globalinfo.az-a Respublika Baş Dövlət Yol Polisi İdarəsinin Hərəkətin təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə şöbəsinin baş inspektoru, polis kapitanı Toğrul Nəsirli məlumat verib.

O bildirib ki, bu gecə saat 00:54-də Bakının Nəsimi rayonu Rəşid Behbudov küçəsində doqquz avtomobilin iştirakı ilə zəncirvari qəza olub:

“Hadisə nəticəsində bir nəfər xəsarət alıb. Hadisəyə ilkin səbəb olaraq iki nəqliyyat vasitəsinin sürət yarışına çıxması göstərilir. Hazırda faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.”

X X X

Bakının Nəsimi rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, qəza Rəşid Behbudov küçəsində qeydə alınıb.

Zəncirvari qəzada 10-a yaxın minik avtomobilinə zərər dəyib.

Əraziyə polis əməkdaşları cəlb edilib. Hadisənin təfərrüatı araşdırılır.

Bakıda zəncirvari qəzada 10-a yaxın maşına zərər dəyib - FOTO Bakıda zəncirvari qəzada 10-a yaxın maşına zərər dəyib - FOTO Bakıda zəncirvari qəzada 10-a yaxın maşına zərər dəyib - FOTO Bakıda zəncirvari qəzada 10-a yaxın maşına zərər dəyib - FOTO Bakıda zəncirvari qəzada 10-a yaxın maşına zərər dəyib - FOTO