Bakıda yük maşını minik avtomobilini əzdi – Ölən var

Sabunçu rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Globalinfo.az xəbər verir ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli bildirib ki, hadisə Yeni Ramana qəsəbəsində qeydə alınıb. Yük maşını ilə minik avtomobilinin toqquşması nəticəsində minik avtomobilində olan 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

“Hadisə yerinə Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları cəlb olunub. Qəzanın təfərrüatları barədə əlavə məlumat veriləcək”, deyə Araz Əsgərli əlavə edib.

Bakıda yük və minik avtomobilləri toqquşub, ölən və yaralananlar var