Bakıda yataqxana yanır: insanlar təxliyə edilir – VİDEO

Qaradağ rayonunda yataqxana yanır.

Globalinfo.az oxu.az-a istinadən xəbər verir ki, hadisə Qaradağ rayonu Sahil qəsəbəsində qeydə alınıb. Yataqxana binasında başlayan yanğın qısa müddətdə güclənib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğından mühafizə bölmələri çağırılıb.

FHN-dən saytımıza verilən məlumata görə, aidiyyəti üzrə əraziyə briqada göndərilib:

“Qaradağ rayonu Sahil qəsəbəsində yerləşən dördmərtəbəli yataqxananın ikinci mərtəbəsində yanğın baş verib. Dərhal yanğından mühafizə bölmələri əraziyə cəlb ediliblər. Yanğının söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər görülür”.