Bakıda yaşayış binasında yanğın oldu

Bakı şəhərinin Nizami rayonunda beşmərtəbəli yaşayış binasında yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Globalinfo.az-a verilən məlumata görə, binanın birinci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan səkkiz ədəd elektrik sayğacı və 5 metr kabel yanıb.

Mənzillər yanğından mühafizə olunub.

Yanğından mühafizə bölmələri tərəfindən yanğın söndürülüb.