Bakıda yanğına görə tıxac yarandı – FOTOLAR

Paytaxtın Yasamal rayonu, Abdulla Şaiq küçəsində baş verən yanğın səbəbindən “Statistika dairəsi” istiqamətində yolda sıxlıq yaranıb.

Bu barədə Globalinfo.az-a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Bildirilib ki, avtomobillərin rahat hərəkətini təmin etmək üçün yol polisi tərəfindən işlər görülür.