ytrt

Bakının Yasamal rayonunda evdə baş verən yanğın zamanı xəsarət alan olmayıb.

Globalinfo.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Yanğınsöndürmə Qərargahının rəis müavini Ruslan Pirəlizadə deyib.

O bildirib ki, Vidadi küçəsində evdə baş verən yanğınla bağlı FHN-in “112” qaynar telefon xəttinə məlumat daxil olub:

“Məlumatla əlaqədar nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası hadisə yerinə cəlb olunub. Hər mərtəbəsi 60 kvadratmetr olan taxta konstruksiyadan ibarət kommunal tipli yaşayış evinin ikinci mərtəbəsinin yanar konstruksiyaları yanıb. Yanğınsöndürənlərin reaksiyası nəticəsində yanğının digər evlərə keçməsinin qarşısı alınıb. Yanğın tam söndürülüb, xəsarət alan olmayıb”.

***16:38

Bakının mərkəzində fərdi yaşayış evində baş verən yanğın söndürülüb.

Bu barədə Globalinfo.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Yasamal rayonu, Vidadi küçəsində yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində taxta konstruksiyalardan ibarət hər mərtəbəsi 60kv.m. olan ikimərtəbəli yaşayış evinin ikinci mərtəbəsində baş vermiş yanğın genişlənməsinə, o cümlədən bitişik evlərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində yaşayış evinin ikinci mərtəbəsinin yanar konstruksiyaları yanıb.

Evin birinci mərtəbəsi və bitişik evlər yanğından mühafizə olunub.

***15:42

Bakının Yasamal rayonunda yanğın başlayıb.

Globalinfo.az oxu.az-a istinadən xəbər verir ki, hadisə Vidadi küçəsində fərdi yaşayış evində qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunublar və yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.

Посмотреть эту публикацию в Instagram

Публикация от Oxu.Az (@oxuaz)


Bakıda yanğın başlayıb - FOTO - VİDEO

Paylaş: