Bakıda uşaq bağçasında yanğın oldu

 

Bakı şəhərinin Nəsimi rayonunda uşaq bağçasının ərazisində yanğın olub.

FHN-dən Globalinfo.az-a verilən məlumata görə, uşaq bağçasının ərazisində ümumi sahəsi 40 m² olan tikilinin (anbar kimi istifadə olunur) yanar konstruksiyaları və içərisində istifadəyə yararsız əşyalar yanıb.

Yaxınlıqdakı tikililər və ağaclar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.