Bakıda toy karvanında qəza: 10-a yaxın maşın toqquşdu – VİDEO

Bakıda zəncirvari qəza olub.

Globalinfo.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Balaxanı-Binəqədi şossesində qeydə alınıb. Toy karvanında olan 10-a yaxın avtomobil bir-birinə çırpılıb.

Qəzaya düşən avtomobillər arasında gəlin maşınının da olduğu bildirilir.

Hadisə səbəbilə yolda tıxac yaranıb. Xəsarət alanların olması barədə məlumat yoxdur.