Bakıda sürət qatarı adam vurdu

Bakıda sürət qatarı adamı vuraraq öldürüb.

Globalinfo.az bildirir ki, APA-nın xəbərinə görə, hadisə Keşlə dəmir yolu stansiyasında qeydə alınıb.

Maşinist Mahir Ağayev və maşinist köməkçisi Pirverdi Həbibovun idarə etdiyi, Sərnişin Daşıma Departamentinə məxsus “Stadler- EŞ- 019” saylı Biləcəri- Keşlə-Bakı istiqamətində hərəkət edən sürətli elektrik sərnişin qatarı dəmiryolunu keçən Araz Məmmədovu vurub. Araz Məmmədov hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.