Bakıda sərnişin avtobusu yandı: səbəbi açıqlandı – VİDEO

Bakıda sərnişin avtobusu yanıb.

Bu barədə Globalinfo.az-a Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.

Bildirilib ki, hadisə bu gün saat 13:00 radələrində paytaxtın Xətai rayonu, Köhnə Günəşli qəsəbəsi, İnqilab İsmayılov küçəsində qeydə alınıb.

Belə ki, “İsuzu” markalı, 99-JU-545 dövlət qeydiyyat nişanlı avtobus ilkin məlumata görə mühərrikində baş vermiş qısa qapanma səbəbindən alovlanaraq yanıb.

Nəticədə ölən və xəsarət alan olmasa da, avtobus yararsız hala düşüb.

***14:07

Bakı şəhərində 46 nömrəli sərnişin avtobusunda yanğın hadisəsi baş verib.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, hadisə Xətai rayonu, Köhnə Günəşli qəsəbəsi, İnqilab İsmayılov küçəsində qeydə alınıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunublar. Yanğının qarşısını almaq üçün müvafiq tədbirlər görülür.

Məlumata görə, yanğın zamanı avtobusun içərisində sərnişin olmayıb. Sərnişinlər vaxtında təxliyə olunublar.

Yanıq xəsarəti ilə bağlı məlumat yoxdur.

Həmin görüntüləri təqdim edirik: