23946372 4527 4a16 985a 1cbc1afda739

“Hazırda burada keçirilən möhtəşəm Dünya Şəhərsalma Forumu münasibətilə hamınızı təbrik edirəm”.

Globalinfo.az xəbər verir ki, bu sözləri BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) içracı direktoru Anaklaudia Rossbax deyib.

O qeyd edib ki, BMT-nin Dayanıqlı İnkişaf Həlləri Şəbəkəsi (UNSDSN) 14 il əvvəl yaradılıb və Baş katib Antonio Quterreş dövründə də çox dinamik fəaliyyət göstərib:

“2027-ci il yanvarın 1-dən etibarən yeni Baş katib fəaliyyətə başlayacaq və bunun yaradacağı yeni tərəfdaşlıq imkanlarını da səbirsizliklə gözləyirik. Bu şəbəkənin dünyanın təxminən 170 ölkəsindən 2 mindən çox üzvü var. Məqsədimiz BMT-nin bütün 193 üzv dövlətində, eləcə də Fələstində fəaliyyət göstərməkdir. Ümid edirəm ki, Fələstin tezliklə BMT-nin 194-cü üzv dövləti olacaq və beləliklə dünyanın hər yerində təmsil olunacağıq”.

İcraçı direktor qeyd edib ki, hazırda üzv qurumlar dünya əhalisinin 90 faizindən çoxunu əhatə edir:

2050-ci ilə qədər dünya əhalisinin 70 faizi şəhərlərdə yaşayacaq. Növbəti 25 il ərzində daha 2 milyard insanın şəhərlərə böyük köçü başlayacaq. Xüsusilə Afrika və Cənubi Asiya əhalisinin ən çox artacağı bölgələr olacaq. Buna görə də gələcəyin şəhərləri yaşıl, rəqəmsal, qonaqpərvər, məhsuldar və təhlükəsiz olmalıdır, insanların yaşaya, inkişaf edə və ailə böyüdə biləcəyi məkanlara çevrilməlidir. Bu tərəfdaşlığın əsas məqsədi də məhz budur”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: