Bakıda yol-nəqliyyat hadisəsi baş verib.
Globalinfo.az-ın məlumatına görə, hadisə Xətai rayonu, 8 Noyabr prospektində qeydə alınıb.
Belə ki, “Toyota” markalı avtomobil işıqforun qırmızı işığında dayanmaq istəyən “Subaru” markalı avtomobilə çırpılıb.
Sürücülər arasında mübahisə yaranıb, xəsarət alan olmayıb.
Turan Rzayev
Globalinfo.az