Bakıda “Prius” piyadanı vurub öldürdü – VİDEO

Bakı şəhəri Heydər Əliyev prospektində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Globalinfo.az-ın Bizim.media-ya istinadən məlumatına görə, Suraxanı dairəsi adlanan ərazidə şadlıq sarayının qarşısında “Toyota Prius” markalı avtomobil yolu keçmək istəyən piyadanı vurub.

Piyada zərbənin təsirindən dünyasını dəyişib. Qəza səbəbindən magistral yolda sıxlıq yaranıb.

Faktla bağlı araşdırma aparılır.

Hadisə yerindən olan görüntüləri təqdim edirik: